Ru
17:57 / 08 Dekabr 2022

Ukrayna səfirliyi qarşısında aksiya: "Misir və Sübhana azadlıq!" - VİDEO

5983
Ukraynanın Bakıdakı səfirliyinin qarşısında bu ölkədə həbs olunan Vətən müharibəsi iştirakçısı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə 8 il həbs cəzası verilməsi ilə əlaqədar etiraz aksiyası keçirilib.

Bakupost.az xəbər verir ki, aksiyada Misir Qasımlı və Sübhan Quliyev haqqında məhkəmə hökmünün ədalətsiz olduğu bildirilib. Aksiya iştirakçıları onların günahsıq olduğunu vurğulayaraq, azadlığa buraxılmalarını tələb ediblər.

Qeyd edək ki, Ukrayna məhkəməsi Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Onlar adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda ittiham olunurlar. Cinayət işi erməni əsilli İspaniya vətəndaşının müraciəti əsasında açılıb. Sözügedən şəxs soydaşlarımızı zor tətbiq edərək, onu qarət etməkdə ittiham edib və bu barədə şikayət ərizəsi ilə polisə müraciət edib.

M.Qasımlı 2020-ci ildə İkinci Qarabağ savaşında iştirak edib.

Zaur,
BakuPost


Şərhlər
  • Ramin

    Cinayetkar cezasini almalidir. Kimliyinden asili olmayaraq.

  • Ramin

    Eyyy olmadi ki, sizde bu Misiri zvezda elediniz. Olkenin problemleri qalib qiraqda bundan otru kucelere tokulmusunuz. Usaq pulu, issizlik pulu, veteranlarin pulu, issizlik ve saira problem qalib kenarda, usaq musagi reklam eleyirsiniz.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər