Ru
16:59 / 15 İyun 2022

Ukrayna üçün Rusiya ilə danışıqlara oturmaq qaçılmazdır - Makron

1136
Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Ukrayna Rusiya ilə danışıqlara getməlidir.


Bakupost.az xəbər verir ki, o, mətbuat konfransında bunun qaçılmaz olduğunu vurğulayıb.


“Atəşkəs elan olunacağı gün gələcək. Biz Ukraynaya ayağa qalxmağa yardım edəcəyik. Amma bunun üçün danışıqlara başlamaq lazımdır. Ukrayna prezidenti və hökuməti bunu bilməlidir. Onlar danışıqlara hazır olmalıdır”.

Makron qeyd edib ki, digər Avropa ölkələrinin nümayəndələri də danışıqlar masasında təhlükəsizlik qarantı kimi əyləşəcək.


Qeyd edək ki, Kreml sözçüsü Dmitri Peskov Ukrayna tərəfinin danışıqlardan imtina etdiyini açıqlamışdı.


Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər