Ukraynaya bütün hərbi yardımı dayandırmaq və bu ölkənin ərazisində yerləşən bütün amerikalıları çıxarmaq lazımdır.
Bakupost.az xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor X sosial şəbəkəsində yazıb.
"Ukraynaya bütün hərbi yardımı dayandırmağın vaxtıdır. Bütün amerikalıları Ukraynadan çıxarmağın vaxtıdır", - qeyd edib.
Aprelin 16-da Almaniyanın “Bild” qəzeti ABŞ prezidenti Donald Trampın Ukrayna ilə 50 milyard dollarlıq silah müqaviləsini rədd etdiyini yazıb.
Zaur,BakuPost