Ru
17:43 / 05 Dekabr 2022

Ukraynaya yeni raket hücumları: itki və dağıntılarla bağlı ilk məlumatlar

1763
Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat Rusiya ordusunun Ukrayanaya kütləvi raket hücumları haqda açıqlama verib.

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, o, rusların raket həmlələrini Volqodonsk vilayəti, Xəzər və Qara dənizlərdən etdiyini bildirib.

Rusiyanın strateji bombardmançı təyyarələrinin hava hücumuna cəlb edildiyini vurğulayan Yuri İqnat raketlərin ilk dalğasının buraxıldığını bildirib. O, qeyd edib ki, işğalçılar bütün Ukrayna ərazisinə zərbə endirmək və Ukrayna hava hücumundan müdafiə qüvvələrini çaşdırmaq üçün bir neçə hücum dalğasından istifadə edə bilər.

Qeyd edək ki, raket hücumları zamanı ruslar Kiyev, Jitomir, Kirovoy Roq, Sumı, Zaporojye, Odessa, Nikolayev, Dnepropetrovsk, Vinnits və digər vilayətlərə raket zərbələri endirib.
Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Dmitri Kuleva hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildirib. Buna baxmayaraq, Kiyev vilayətində bir sıra ərazilərdə partlayışlar baş verib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hücumlarla əlaqədar Kiyev sakinləri metro və sığınacaqlara enib.

Odessa və Zaporojyedə isə artıq ilk partlayışlar qeydə alınıb. Zaporojyedə raketlərin bəziləri şəhərətrafı ərazilərə düşüb. Nəticədə bir neçə fərdi ev dağılıb. Digər raketlərisə hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Rəsmi məlumata görə, Zaporojyedə hücumlar zamanı 1 yaş 10 aylıq uşaq yaralanıb. Ümumilikdə, 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Odessada isə 1 nəfər yaralanıb və xəstəxanaya yerlləşdirilib. 2 infrastruktir obyekti sıradan çıxarılıb.

Hərbi jurnalist Andrey Çaplienko hücumlar zamanı artıq Xarkov vilayetində 4, Poltava və Dnepropetrovskda isə ümumilikdə 2 raketin zərəsizləşdirildiyini bildirib.

Son məlumatalara görə, artıq raket hücumunun ikinci dalğası başlayıb. Bir sıra bölkələrdə vacib infrastruktur obyektlər raket hücumlarının hədəi olub, bəzi şəhərlərdə elektrik enerjisi kəsilib.



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər