Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:59 / 30 Noyabr 2024

Uqandada serial kimi oğurluq - Mərkəzi banka HÜCUM ETDİLƏR

1811

Uganda Mərkəzi Bankına kiber hücum təşkil edən hakerlər 16.8 milyon dollarlıq oğurluq həyata keçiriblər. Uganda polisi hadisənin araşdırılması üçün istintaq başladıb.

Bakupost.az "technote" istinadən xəbər verir ki, məlumatlara görə, hakerlər Uganda Mərkəzi Bankından 16.8 milyon dollar oğurlayıblar. Bu məbləğin bir hissəsinin Yaponiyaya köçürüldüyü müəyyən olunub. Asiya mərkəzli haker qrupunun Uganda Mərkəzi Bankının sistemlərinə necə daxil olduğu isə hələlik məlum deyil. Hadisə ilə bağlı istintaq hələ tamamlanmadığı üçün hücumun detalları məhduddur. Ancaq Uganda-dakı mənbələrin məlumatına görə, rəsmilər Uganda Mərkəzi Bankının bəzi işçiləri ilə hakerlər arasında əməkdaşlıq olmuş ola biləcəyindən şübhələnirlər. İstintaq bu iddiaların doğru olub-olmadığını ortaya qoyacaq.



Digər tərəfdən, mənbələrə əsasən, Uganda-dakı digər bankların və telekommunikasiya şirkətlərinin də bu cür kiber hücumların qurbanı olduğu iddia edilir. Ancaq Uganda hüquq-mühafizə orqanlarının cəmiyyətdə narahatlıq yaranmaması üçün bu məsələləri gündəmə gətirmədiyi bildirilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar