Ru
20:51 / 14 Yanvar 2022

Uşağın döyüldüyü bağça sosial şəbəkədəki paylaşımlarını sildi - FOTOLAR

67895
Xəbər verdiyimiz kimi, İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçi körpəni vurub. Qısa müddətdə geniş rezonans doğuran bu hadisə sözügedən bağçanın sosial şəbəkə hesabına da diqqət çəkib.

Bakupost.az xəbər verir ki, bağçanın səhifəsində mütəmadi paylaşılan uşaqların yemək yeməsi ilə bağlı görüntülər müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri həmin videoların da elə yayılan görüntüdəki şəraitdə - uşaqlara şiddət tətbiq edilərək çəkildiyini iddia ediblər. Uşaqların qorxaq, ürkək baxışları da diqqətdən yayınmayıb.

Bu gün axşam saatlarında isə bağçanın sosial şəbəkə hesabından paylaşımlar silinib. Əvvəlcə uşaqların yemək yediyini əks etdirən görüntülər “yoxa çıxıb”, sonradan isə bütün paylaşımlar silinib.

Qeyd edək ki, məsələnin ictimailəşməsindən sonra körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.
Uşağın döyüldüyü bağça sosial şəbəkədəki paylaşımlarını sildi -  FOTOLAR
Uşağın döyüldüyü bağça sosial şəbəkədəki paylaşımlarını sildi -  FOTOLAR
Uşağın döyüldüyü bağça sosial şəbəkədəki paylaşımlarını sildi -  FOTOLAR
Uşağın döyüldüyü bağça sosial şəbəkədəki paylaşımlarını sildi -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər