Ru
14:20 / 26 Oktyabr 2023

Uşaqların hər gün artan skolioz dərdi – Valideynlər nəyə diqqət etməlidir? – VİDEO

15899

Günümüzdə ən çox rast gəlinən xəstəliklərdən biri də skoliozdur.


Bu barədə Bakupost.az –a danışan fizioterapevt-həkim Camal Ramizov valideynlərə xəbərdarlıq edib.



O bildirib ki, skolioz xəstəliyi daha çox azyaşlılarda üzə çıxır:


“Düzdür, bu xəstəlik böyüklərdə də olur. Amma 90 faiz azyaşlılarda üzə çıxan problemdir. Valideynlər uşaqlarda problemin üzərinə çox düşmür. Onları daha çox dərslə yükləyirlər. Ağır çantaların daşınılması, gün ərzində uşaqların istər oyun, istərsə də dərsə görə telefon, kompüterlə daha çox məşğul olması zamanı problemlər yaranır. Bunlardan biri də məhz skoliozdur. Skolioz xəstəliyində valideynlərin çox böyük rolu var”.

“Bəs, valideynlər skoliozu təyin edə bilərmi” sualına həkim belə cavab verib:


“Uşaqda müşahidə aparılmalıdır. Məsələn, döş qəfəsinin bir tərəfində içəriyə doğru batıq, çıxıntı kimi bir şeylər ola bilər. Bunu valideyn görməlidir, gözdən qaçıra bilməz. Və yaxud, onurğasında əyrilik varsa, o da üzə çıxır.

Ümumiyyətlə, skolioz nədir desək, onurğada müəyyən əyriliklərin (beldən, kürəkdən, boyundan sağa-sola) olmasıdır. Bundan başqa, ayaqda qısalıq ola bilər. Bunun səbəbi çanağın birinin daha yuxarı olmasıdır. Bəzən valideynlər mənə müraciət etdikdə, deyirlər ki, uşağım gəzəndə əyilir. Bu problem çanaqdan olmaya bilər. Ola bilər ki, doğuşdan ayaqda qısalıq, və ya əyrilik olsun. Bunun üçün müalicə metodlarımız var”.


Fizioterapevt qeyd edib ki, xəstəliyi nə qədər erkən vaxtda bilsək, daha tez qabağını alarıq:


“Valideynlərə demək istərdim ki, belə davam edərsə, sonu əməliyyata gedib çıxır. 30-40-50 dərəcə əyriliklərdə artıq əməliyyat lazımdır. Bu zaman da xəstədən-xəstəyə fərq ola bilər. Buna onurğa cərrahı qərar verir”.


Qeyd edək ki, peşəkar həkim fizioterapevt-həkim Camal Ramizov “Caspian International Hospital”da çalışır.


Həkimlə əlaqə: 051 205 80 28


Elnur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər