Ru
11:06 / 21 May 2026

“Uşaqpulu verilsə, insanlar tənbəlləşər” – Deputatdan qalmaqallı sözlər - VİDEO

“Uşaqpulu verilsə, insanlar tənbəlləşər” – Deputatdan  qalmaqallı sözlər - VİDEO
Eye

“Bu gün ailələrə sosial müavinət verilir. Hesab edin ki, həmin uşaqpulu artıq sosial müavinət adı altında təqdim olunur. İnanın ki, bu gün ölkəmizdə uşaqpulunun geniş şəkildə müzakirəsi də yoxdur. Müəyyən mənada müzakirələr aparılır, amma onun real tətbiqi, hesab edirəm ki, hazırda günün mövzusu və müzakirə məsələsi deyil”.

Bakupost.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı “Günə doğru” verilişdə bildirib.

Deputatın fikrincə, ailələr uşaq dünyaya gətirərkən dövlət dəstəyinə arxalanmamalıdır:

"Təbii ki, ailə övladı dünyaya gətirəndə bu yanaşma ilə yanaşarsa, inanın səmimiyyətimə, uşaqpulu verilsə belə, bundan daha çox tələblər qoyulacaq və bu, müəyyən mənfi tendensiyalara yol aça bilər.

Əslində, uşaqların dünyaya gəlməsi bir nəslin gələcək nəslə ötürülməsi deməkdir. Bu gün uşaqpulu tələbi müzakirə olunur, jurnalistlər tərəfindən də səsləndirilir, amma xüsusi ictimai müzakirələrdə, ən azı deyə bilərəm ki, millət vəkili olduğum iki il ərzində bununla tez-tez qarşılaşmamışam.

Uşaqpulu məsələsi gündəliyə gələrsə və tətbiq olunarsa, heç düşünmüsünüzmü ki, bu, valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər? Yəni insanlar fikirləşə bilərlər ki, dövlət mənə uşaqpulu verir, mən artıq işləməyim. Bu, doğru yanaşma deyil. İnsanları əməyə alışdırmaq lazımdır, onları nələrdənsə asılı vəziyyətə salacaq imkanlar yaradılmamalıdır. Amma dediyim kimi, hazırda digər ad altında sosial müavinətlər verilir və şərtlər də çətin deyil”.

Lalə Novruz, BakuPost


Şərhlər
  • Səfa

    Atasının qızı. Atası ömrü boyu millətə qarşl oldu, öləndə də ...allah heç kimə elə şərhlər göstərməsin. Başqa insan o kreslodan da utandiğindan imtina etmişdi. Təbii ki, o bilirsə o nə deməkdir. Atası da bilmirdi. O gündəmdə olmaq üçün belə məzi-məzi danışır. Bu antimilli rejimi yaradana min lənət olsun

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar