Ru
12:30 / 22 Fevral 2024

Vatsapdan yeni funksiya: Skrinşot edə bilməyəcəksiniz

7247
Vatsap insanların sizin profil şəklinizin skrinşotunu çəkməsinə mane olacaq yeni məxfilik funksiyası üzərində işləyir.

Bakupost.az xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramı olan vatsap istifadəçilərə çox faydalı olacaq yeni funksiyalar təqdim etməyə davam edir.

Windows, Android və iOS platformalarında davamlı olaraq testlər həyata keçirən vatsap indi məxfiliyə əsaslanan yeni funksiya üzərində işləyir.

Meta, vatsap istifadəçilərinin profil şəkillərinin skrinşotlarını çəkməsinə mane olacaq yeni funksiya üzərində işləyir.

Bu xüsusiyyət Android-də vatsapın ən son beta versiyasında qeyd edilib. Xüsusiyyətin parametrlər menyusunun məxfilik bölməsində yerləşəcəyi bildirilib.

Skrinşot çəkməyə çalışdığınız zaman ekranın aşağı hissəsində “tətbiq məhdudiyyətlərinə görə” skrinşotun çəkilə bilmədiyi bildirişi görünəcək.

Təxminən beş il əvvəl vatsap istifadəçilərin “başqalarının profil şəkillərini” saxlamasına mane olan funksiya təqdim etmişdi.

Şirkət bu yeni funksiya ilə istifadəçilərin fotoşəkillərinin saxtakarlıq, imitasiya və ya təcavüz üçün istifadə edilməsinin qarşısını almağa çalışacaq.



Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər