Ru
12:10 / 09 Aprel 2024

"Vaxtı keçən məhsulları yenidən etiketləyib satırlar" - Ekspert

2546
“Yararlıq müddəti bitmiş ərzaq məhsulları yenidən etiketləndikdən sonra əmtəə bazarında satışa qaytarılır. Ona görə də Azərbaycanda hələ də keyfiyyətsiz məhsullardan zəhərləmə halları mövcuddur”.



Bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakupost.az -a bildirib.

O qeyd edib ki, marketlərdə vaxtı keçmiş mallar satışdan çıxarılaraq distribyutora geri qaytarılır:

"Bəzi distribyutorlar da həmin məhsulu yendən qablaşdırıb satışa, rəflərə qaytarır. Yalnız bir iki şirkət var ki, saxlama müddəti ötmüş məhsulun zərərsizləşdirilməsi prosedurunu həyata keçirir. Digərləri də bundan nümunə götürməlidirlər. Lakin təəssüf ki, bu, baş vermir".


AİB sədrinin sözlərinə görə, yararlıq müddəti bitmiş mallar ictimai yerlərdə məhv edilməli, ya da Azərbaycanda ərzaq məhsullarının izlənməsi və nəzarəti üçün bir çox ölkələrdə uğurla istifadə olunan xüsusi proqram tətbiq edilməlidir:

"Proqram müəyyən məhsulların yararlılıq müddətinin hansı mağazalarda bitdiyini izləməyə imkan verir. Təəssüf ki, bəziləri bu qaydalara əməl etmir. Bu da alıcıların aldadılması və hüququnun pozulmasıdır”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər