Ru
17:56 / 04 İyun 2025

Vəkilliyə qəbul üzrə müsahibənin nəticələri bilindi

Vəkilliyə qəbul üzrə müsahibənin nəticələri bilindi
Eye

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə aprelin 22-si iyunun 3-ü tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələsi keçirilib.

Bu barədə Bakupost.az-a Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şifahi müsahibə mərhələsində 105 vəkilliyə namizəd iştirak edib. Nəticələrə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 82 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb.

Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi iyunun 11-i saat 10:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar