Ru
12:49 / 09 Yanvar 2025

Vətən müharibəsi qazisi qəzada öldü - FOTO

Vətən müharibəsi qazisi qəzada öldü - FOTO
Eye

Qarabağda avtomobil qəzasında Vətən müharibəsi qazisi həlak olub.

Bakupost.az “Metbuat.az”a istinadən xəbər verir ki, hadisə yanvarın 8-də Cəbrayıl rayonunun Karxulu kəndi ərazisində baş verib.

Lənkəran rayon sakini Nicat Ağayev "Mitsubishi" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Nəticədə sürücü Nicat Ağayev hadisə yerində ölüb, avtomobildə olan 2 sərnişin isə aldığı xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nicat Ağayev 44 günlük Vətən müharibəsində iştirak edib. Ailəli idi, 2 övladı var.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar