Ru
12:31 / 04 Avqust 2022

"Vəziyyət son dərəcə mürəkkəbdir" - Paşinyan Bakıdan qarantiya istəyir

"Vəziyyət son dərəcə mürəkkəbdir" - Paşinyan Bakıdan qarantiya istəyir
Eye

Qarabağ ətrafında vəziyyət son dərəcə mürəkkəbdir.


Bakupost.az xəbər verir ki, bunu Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan deyib.


"Bildiyiniz kimi, son günlər Qarabağ və onun ətrafında vəziyyət son dərəcə gərginləşib. Döyüşlər nəticəsində Qarabağda 2 hərbçisi ölüb, daha 19 hərbçi isə yaralanıb", - Paşinyan bildirib.


Onun sözlərinə görə, Qarabağda Ermənistandan gələn hərbçilər xidmət etmirlər: "Bu gün Azərbaycan Qarabağın "müdafiə ordusu"ndan, onun niyə təmas xətti boyunca yerləşdirilməsindən danışır. Əgər Rusiya sülhməramlı kontingenti və Azərbaycanın təmas xəttinin toxunulmazlığına zəmanət verirsə, məncə, "müdafiə ordusu" döyüş növbətçiliyi aparmağa məcbur edilməyəcək. Mən də rəsmi şəkildə bildirirəm ki, Qarabağda Ermənistandan olan hərbçi yoxdur”.


O, həmçinin bəyan edib ki, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır.


Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar