Ru
18:47 / 16 Sentyabr 2022

“Videonun bizimlə əlaqəsi yoxdur” - Müdafiə Nazirliyi mübahisəli açıqlama yaydı

“Videonun bizimlə əlaqəsi yoxdur” - Müdafiə Nazirliyi mübahisəli açıqlama yaydı
Eye

"Sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi olmadığını qətiyyətlə bildiririk. Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur".



Bakupost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.



"Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır. Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir.



Allah bütün şəhidlərimizə rəhmət eləsin!", - deyə məlumatda qeyd olunur.



Xatırladaq ki, həmin üzr videosunun Müdafiə Nazirliyində çəkildiyini jurnalist Eynulla Fətullayev bildirmişdi. O, bu barədə sosial şəbəkədə post da paylaşıb.



“Videonun bizimlə əlaqəsi yoxdur” - Müdafiə Nazirliyi mübahisəli açıqlama yaydı
Şərhlər
  • Resul Huseynzade

    Aparin de bizleri de ya olek ya qalaq ama bitirek bu muharibeni. Alaq torpaqlarimizi qovaq werefsizleri. Elan edin Seferberliyi inanin ki yene biz qalib geleceyik yeterki aparin bizleri de!!!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar