Ru
18:15 / 28 Noyabr 2026

Vilyam Hacıyev danışdı - Azadlıqda ilk fotosu

Vilyam Hacıyev danışdı -  Azadlıqda ilk fotosu
Eye

Xəbər verdiyimiz kimi, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev ötən gün azadlığa buraxılıb.


"Bakupost" xəbər verir ki, Vilyam Hacıyev həbsdən çıxıqdan sonra ilk dəfə “Qafqazinfo”ya açıqlama verib.

O, xəstəliyi ilə bağlı müraciətinə müsbət qərar verilməsinə, humanizmə görə ilk növbədə Prezident İlham Əliyevə təşəkkür edib.

V. Hacıyev həbsdən çıxdıqdan sonra Birinci Fəxri xiyabana gedib, Ümummilli Lider Heydər Əliyevin və xanımı, görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət edib.

Səhhəti ilə bağlı vəziyyətə gəlincə eks-icra başçısı hazırda müalicəyə başladığını qeyd edib.

Xatırladaq ki, V. Hacıyev 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, cəzasının yarıdan çoxunu çəkməsi və səhhəti ilə bağlı cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar