Ru
17:30 / 30 Mart 2023

Whatsapp-dan daha bir yenilik - FOTO

Whatsapp-dan daha bir yenilik -  FOTO
Eye

Mesajlaşma platforması olan “WhatsApp” yoxa çıxan mesajlar üçün yeni proqrama keçir.

Bakupost.az xəbər verir ki, yoxa çıxan mesajlar üçün dəstəklənən müddət 1 saata qədər endirilib.

“WhatsApp Desktop” tətbiqinin beta versiyasında “WABetaInfo” tərəfindən kəşf edilən yeni vaxt seçimləri gəlir:

1 il, 180 gün, 60 gün, 30 gün, 21 gün, 14 gün, 6 gün, 5 gün, 4 gün, 3 gün, 2 gün, 12 saat, 6 saat, 3 saat və 1 saat.
Xüsusilə, 1 saatlıq vaxt seçimi məxfi məlumatlı mesajların təhlükəsizliyi üçün böyük bir üstünlük olacaq.

Hələ inkişaf mərhələsində olan bu funksiya tamamlandıqdan sonra bütün WhatsApp istifadəçiləri üçün əlçatan olacaq.

Qeyd edək ki, yox olan mesajlar funksiyası ilə mesajlar istifadəçinin cihazında və ya serverində daimi olaraq saxlanmır. Bu da məxfiliyin artırılması üçün mühümdür.

Hazırda WhatsApp-da yoxa çıxan mesajlar üçün dəstəklənən üç müddət növü var. Bunlar 24 saat, 7 gün və ya 90 gündür.



Aynur,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar