Ru
09:48 / 01 İyul 2022

Xalidə Kəngərlinin ölümü ilə bağlı gizli SƏS YAZISI - Qonşular nələr dedi?

31700
Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli iyunun 28-də özünü Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən mənzilinin eyvanından atıb (11-ci mərtəbə). 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.


X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar həkimin pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.


Tv Müsavatın əməkdaşları da mövzunu araşdırmaq üçün hadisə yerində olub, faktları öyrənməyə çalışıblar.


Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.


Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemlərinin olduğu və bu səbəbdən uzun müddətdir qapalı mühitdə qaldığı iddia edilsə də, həmin iddiaların əsassız olduğu bildirilib.


Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov isə həkimin həyat yoldaşı Rüfət Kəngərlinin Komitənin əməkdaşı olduğunu deyib:


“O, Bakı Baş Gömrük İdarəsində gömrük xidməti mayorudur. Gömrük inspektoru kimi çalışır”.


Eyni zamanda ətrafda yaşayan sakinlər mərhumun yoldaşı R.Kəngərlinin sakit biri olduğunu, səmimi şəkildə hər kəslə görüşdüyünü, hətta bəzən balıq tutmağa getdiyini də söyləyiblər.


Bəzi sakinlər isə cütlüyün boşanma qərarını aldığını və bu səbəbdən aralarında son zamanlar münaqişələrin çoxaldığını bildiriblər. Hadisənin də bu səbəbdən qaynaqlandığı iddia edilir.


Adının çəkilməsini istəməyən qonşular intiharla bağlı bir sıra maraqlı məqamlardan danışıblar.


Bakupost.az sözügedən video-reportajı təqdim edir:






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər