Ru
23:42 / 12 Dekabr 2023

Xalq artisti deputat olmaq istəyir

11391
Xalq artisti Ağadadaş Ağayev APA TV-yə müsahibə verib.

Bakupost.az xəbər verir ki, indi təqdim olunan mahnıları ötən illərin mahnıları ilə müqayisə edən sənətkar bildirib ki, müğənni səhnəyə çıxanda tamaşaçıya “şapalaq vurmağı bacarmalıdır. “Əgər şapalağı vura bilmədinsə, tamaşaçı səni vuracaq”, - o bildirib.

“Mən hələ 80-ci illərdə toylara efir səviyyəsini gətirmişəm. Ansamblımda bütün alətlərin səsi sinxron eşidilirdi. Niyamməddin Musayev, bir də mən orkestrlə oxumuşuq. Toylarda çox zaman canlı oxumağımıza inanmırdılar. Efirdə necə oxuyurdumsa, toyda da elə oxuyurdum. Deyirdilər, niyə özünü yorursan? Müğənnilərin çoxu toydan qazansa da, toyu yola verir”, - qeyd edib.

O, bir zamanlar Azərbaycan televiziyasında müəllif proqramının olmasından, sonralar keçmiş sədr Arif Alışanovun vaxtında xarakterləri uymadığına görə həmin verilişdən imtina etməsindən də danışıb.

“Mənimki odur, sözüm olanda kişi kimi üzə deyim. Nəyisə qəbul eləmirəmsə, orda işləyə bilmərəm. Az.TV-dən getdim. 1999-cu ildə Türkiyədən təklif alıb orada da veriliş hazırlamışam”, - o vurğulayıb.

Xalq artisti əgər xalq layiq bilərsə, deputat kimi fəaliyyət göstərməkdən məmnun olacağını bildirib.

“Bir dəfə belə söhbət yayılmışdı ki, deputat seçilmək istəyirəm. Onda xəbərim olmamışdı. Amma indi deputat olmaq istəyərəm. Yaşıma və imkanlarıma görə paralel xidmətim olsa, bunun öhdəsindən gələrəm. Xalqıma sevə-sevə xidmət edərəm. Düşünürəm ki, hələ yetərli qədər xidmət edə bilməmişəm” - Ağayev qeyd edib.

Müğənni sənətinə görə illərlə pəhrizdə yaşadığını da söyləyib:

“25 il gözümün qabağında hamı hər şeyi yeyib, mən baxmışam. Qorxurdum ki, yeyəndən sonra səsim yaxşı çıxmaz. Ayın 30 günü toyda olurdum. Ölməmək üçün yeyirdim. 30 il pəhriz ilə yaşamışam. İndi bunu yenidən edə bilərəmmi? Bilmirəm. 64 kiloqram çəkim vardı. İndi 100 kilodan çoxdur”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər