Ru
13:20 / 10 Oktyabr 2023

Xalq artisti Vidadi Həsənov əməliyyat olundu

Xalq artisti Vidadi Həsənov əməliyyat olundu
Eye

Xalq artisti, "M Teatr"ın bədii rəhbəri Vidadi Həsənov əməliyyat olunub.


Bu barədə Bakupost.az -a Xalq artisti özü məlumat verib:


"Bir ay əvvəl sol gözümdə problem yarandı. Demək olar ki, görmürdüm. Müayinə zamanı göz dibində "at nalı qopması" diaqnozu qoyuldu. Dünən isə "Caspian International Hospital"da təcrübəli cərrah Cahid Şahbazov gözümü əməliyyat etdi".


V.Həsənov dünən hospitalda gördüklərindən heyrətə gəldiyini vurğulayıb:


"Xeyli sayda tibbi personal peşəkarcasına və xüsusi qayğı ilə hər bir xəstəyə, eləcə də mənə diqqət göstərdi. Diaqnoz təyin olunandan sonra axşam saat 17.00-da əməliyyat başladı. Saat 19.00-da artıq evə buraxdılar. Bu gün səhər tezdən öz fəaliyyətimlə məşğulam. Özümü çox yaxşı hiss edirəm, sol gözümün görmə qabiliyyəti isə bərpa olunmaqdadır".

V.Həsənov əməliyyata görə doktor Cahid Şahbazova və onun komandasına təşəkkürünü bildirib.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar