Ru
17:11 / 09 Fevral 2024

Məni ölümdən Əli İnsanov qaytardı - Onlar xəyanət etdi - Şeyx Əbdüllə VİDEOMÜSAHİBƏ

20817
Kinorejissor, ssenarist və aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Bakupost TV-yə geniş müsahibə verib.

Bakupost.az xəbər verir ki, o, müsahibdə Azərbaycan kinosunun mövcud durumu, problemləri və kino qurumları arasındakı çəkişmələr haqqında danışıb. Qeyd edib ki, Azərbaycanda ikinci kinematorafçılar ittifaqının yaradılması yanlış addım idi.

Bu məsələyə görə Ramiz Mehdiyev, Fatma Abdullazadə və mərhum Rüstəm İbrahimbəyovu günahlandıran Şeyx Əbdül Mahmudbəyov eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəhbərləri, xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanın da ünvanına sərt ittihamlar səslənidirib:

"Onlar kinonun haqqına giriblər, Azərbaycan kinosuna xəyanət ediblər".

Şeyx Əbdül Mahmudbəyov müsahibədə Kino Agentliyinin, “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətinə də toxunub. O, Azərbaycan kinosunun inkişafını ölü nöqtədən tərpətmək üçün kinematoqrafçılar ittifaqlarının vahid qurumda birləşdirilməsinin, kino ilə bağlı ayrıca dövlət komitəsinin yaradılmasının zəruri olduğunu bildirib.

Müsahibimiz kino akademiyasının yaradıcılığı ilə bağlı anons da verib: "Prezident bununla bağlı tapşırıq verib".

Ətraflı videoda:






Zahid
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər