Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilib.
Bu barədə Baupost.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Yolçuyev Anar Elmar oğlu, Məlikli Reyhan Mirbala qızı, Aslanov Zamiq Qurbanəli oğlu və Zaxarov Elşən Musa oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.