Ru
17:24 / 07 Mart 2024

Xaricdə təhsil alan 21 nəfərin diplomu tanınmadı

2912
Fevral ayı üzrə xaricdə təhsil alan 265 müraciətçinin 244-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 21 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Bakupost.az -a verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, dövlət nümunəli olmayan diplom üzrə 3, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 2, təhsil forması üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 77, Rusiya Federasiyasından 69, Türkiyə Respublikasından 68, Gürcüstandan 13, Macarıstandan 9, İtaliyadan 7, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 6, Amerika Birləşmiş Ştatlarından 4, Belçikadan 2, Çin Xalq Respublikasından 2, Belarusdan 1, Fransadan 1, Hindistandan 1, İsveçdən 1, Kiprdən 1, Litvadan 1, Polşadan 1, Slovakiyadan 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 41, maliyyə üzrə 23, beynəlxalq münasibətlər üzrə 18, menecment üzrə 18, hüquqşünaslıq üzrə 15 müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 13 iş günü təşkil edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər