Ru
10:42 / 10 Yanvar 2023

Xaricdə təhsil alan tələbələr niyə ölkəyə qayıtmır? - Açıqlama

4920
“Təhsil almaq üçün xaricə göndərilən gənclərin xeyli hissəsi geri qayıtmır. Qalıb orada yaşayır və karyera qurur. Bunun əsas səbəblərindən biri, həmin ölkələrdə gənclərə təhsillərini başa vurduqdan sonra böyük iş imkanlarının yaradılmasıdır”.

Bakupost.az xəbər verir ki, bunu Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, xaricdə təhsil alan gənclər üçün həmin ölkələrin əmək bazarında təkliflər çoxdur. Azərbaycanın isə əmək bazarı kiçikdir:

“Danılmaz həqiqətdir ki, gənclər təhsil üçün getdikləri ölkələrdə daha yüksək əmək haqqı qarşılığında qalırlar. Orada onlara təklif olunan yüksək əməkhaqqını qoyub kim gəlib burad az maaşa işləyər? Ölkənin əmək bazarında bu kadrlara ehtiyac olsa da, onların maddi tələbatları qarşılanmır. Əgər biz xaricdə təhsil almış gəncə dünya əmək bazarındakı imkanları yaratmırıqsa, ona getdiyi ölkədə qalıb işləməsinə də qadağa qoya bilmərik”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər