Ru
11:15 / 22 Fevral 2024

Xaricə valyuta aparanlar saxlanılacaq? - Açıqlama

Xaricə valyuta aparanlar saxlanılacaq? - Açıqlama
Eye

“Azərbaycanda valyuta sərvətləri və milli valyuta transsərhəd daşınan zaman bəzi hallarda onların hərəkəti dayandırılacaq. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”da öz əksini tapıb. Qaydalar “Cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun hazırlanıb və valyuta sərvətləri, milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları, bununla bağlı indikatorları müəyyən edir. Fiziki, hüquqi şəxslərin valyuta sərvətlərini və milli valyutanı ölkənin gömrük ərazisinə gətirməsi, bu ərazidən aparması, tranzit keçirməsi zamanı tətbiq olunur. Həmin qanunun mövcud 18.4-cü maddəsinə görə, transsərhəd daşınma zamanı bəyan edilməmiş və ya düzgün bəyan edilməyən valyuta sərvətləri, milli valyutanın əlamətlərinin aşkar edilməsi hallarında müvafiq qurum onların hərəkətini 48 saat müddətində dayandırmaq hüququna malikdir. Bu maddənin tətbiqi çərçivəsində valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılmasına dair qaydalar müəyyən edilməli idi və indi Nazirlər Kabineti də bunu təsdiq etdi”.



Bunu Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, yeni məhdudiyyətlər yoxdur. Sadəcə bundan əvvəl Azərbaycanda "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun qəbul edilib. Həmin qanunda göstərilib ki, bu məsələ əlavə qaydalar ilə tənzimlənməlidir”.

O bildirib ki, yeni qaydalara əsasən, bu məsələ həm Azərbaycan vətəndaşlarına, həm də xarici vətəndaşlara aiddir:

“Burada sərhədi keçən şəxslərdən söhbət gedir və əhalini narahat edəcək bir məsələ yoxdur. Sərhədi keçən şəxslər xaricə apardığı və yaxud ölkəyə gətirdiyi vəsaitin məbləğini düzgün şəkildə bəyan etməlidirlər. Ümumiyyətlə, çirkli pulların yuyulması ilə əlaqədar qanunvericilik təkmilləşdirilir və bu istiqamətdə nəzarət artırılır. Bu sahədə şəffaflaşma gedir və bu da onun elementlərindən biridir. Başqa sözlə, çirkli pulların yuyulması ilə əlaqədar nəzarət gücləndirilir”.

Sevinc
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar