Ru
19:28 / 27 May 2025

“Formula-1”ə bu il 168 milyon xərclədik: bəs, nə qədər qazandıq?

“Formula-1”ə bu il 168 milyon xərclədik: bəs, nə qədər qazandıq?
Eye

Rəsmi məlumata görə, 2024-cü ildə “Formula-1” yarışlarına büdcədən 168 mln. manat xərclənib. Yəni, xərclər bilinir, amma büdcəyə “Formula-1” yarışları nə qədər qazandırıb – bu haqda məlumat yoxdur. Çünki ciddi qazanc olduğunu düşünmürəm.

Bakupost.az xəbər verir ki. bu barədə iqtisadçı natiq Cəfərli deyib.

O bildirib ki, 2017-ci ildən bəri “Formula-1” yarışlarına büdcədən yüzmilyonlarla dollar vəsait xərclənir, yarışlar keçirilən zamanı şəhər iflic olur, “Formula-1” trasının şəhərin mərkəzindən keçdiyini nəzərə alsaq, həftələrlə yol kənarındakı obyektlər ziyana düşür, qazana bilmirlər, müştəriyə həsrət qalırlar:

“Yəni, yüzlərlə obyekt qazancından, şəhər əhalisi isə rahatlığından olur.

Yaxşı, belə yarışın ölkələrə qazandırdığı nədir – bəli, tanıtım, bu yarışı dünyada 500 mln. insan izləyir.

Ölkələr özlərini niyə tanıdır? – turizmi inkişaf etdirmək, belə yarışların multiplikativ effektindən istifadə etmək, il boyu daha çox turist qazanmaq üçün.

Bəs turizmə önəm verən ölkə nə edir? – quru sərhədləri açıq olur, gəliş-gediş sadələşdirilir, turizm obyektlərinin sayı artır, qiyməti ucuz və cəlbedici olur.

Bəs bizim hökumət nə edir? – büdcədən “Formula-1” üçün 168 mln. pul ayrır ki, ölkəmizi tanıtsın, sonra da quru sərhədləri 5 ildir bağlı saxlayır ki, turist az gəlsin.

Məntiq varmı?"

Bakupost.az

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar