Ru
22:50 / 27 May 2025

Ərdoğanın və Şərifin Laçına səfərlə verdiyi mesaj

Ərdoğanın və Şərifin Laçına səfərlə verdiyi mesaj
Eye

Rəcəb Tayyib Ərdoğan Pakistanı “evimizdən uzaqdakı evimiz” adlandırıb. O, Pakistan parlamentində üç dəfə çıxış edən yeganə xarici liderdir. 2016-cı ildə Prezident Ərdoğan Pakistana 7-ci dəfə səfər etdi.

Bəs, indiyə qədər cənab Ərdoğan Pakistanda neçə dəfə olub? Bu suala “financialexpress.com” saytı belə cavab verib: 10 dəfə.

2014-cü ildən indiyə kimi Tayyib Ərdoğan Azərbaycana 16 dəfə gəlib. O, sabah 17-ci dəfə Azərbaycanda olacaq. Yəni Azərbaycan cənab Ərdoğanın ən çox səfər etdiyi ölkədir. İlham Əliyevin də ən çox səfər etdiyi ölkə Türkiyədir. Məsələn, təkcə 2022-ci ildə o, 3 dəfə Türkiyəyə gedib.

Qarşılıqlı səfərlərin nəticəsi budur ki, Türkiyə-Azərbaycan-Pakistan ittifaqı beynəlxalq səviyyədə “3 qardaş” ittifaqı kimi dəyərləndirilir...

Mənim baxışıma görə, Tayyib Ərdoğan və Məhəmməd Şahbaz Şərifin Azərbaycana gəlişi bütün dünyaya bir mesajdır. Deyirlər ki, Türkiyə və Azərbaycan Hindistan-Pakistan müharibəsi zamanı rəsmi İslamabadın yanında olduğu kimi, lazım gəlsə, Pakistan da Türkiyə və Azərbaycanın yanında olacaq. Yəni bu qardaşlardan birinə hücum edəndə digər qardaşların müdaxiləsini də nəzərə almaq zorundasınız...

Türkiyənin 5-ci nəsil qırıcı təyyarə layihəsi olan “TAI Kaan”da hər 3 ölkə yer alır. Analitiklər deyir ki, bu layihə İslam Dünyasını Qərbin nəzarətindən birdəfəlik çıxarmaq gücündədir...

Orasını özünüz düşünün ki, bapbalaca Ermənistan “3 qardaş”ın Laçındakı görüşündən nə qədər “məmnundur”. Onu da xatırladım ki, Pakistan Ermənistanı müstəqil dövlət kimi heç vaxt tanımayıb...

Elbəyi Həsənli, Sürix.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar