Ru
19:23 / 28 May 2025

Həbs edilən Hacı Vəliyevin QHT-si fəaliyyətini dayandırdı

Həbs edilən Hacı Vəliyevin QHT-si fəaliyyətini dayandırdı
Eye

“Gənc qazilər” İctimai Birliyi fəaliyyətini dayandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə İB "Facebook" səhifəsində məlumat yayıb.


“Gənc qazilər” İctimai Birliyi fəaliyyətlərinin dayandırmasına səbəb kimi bəzi çətinliklərin olduğunu bildirib:

"Son dövrlər yaranmış bir sıra obyektiv və subyektiv səbəblər, o cümlədən təşkilati fəaliyyətin davamlılığında çətinliklər, üzvlər arasında əlaqələrin zəifləməsi və ictimai gözləntilərlə uzlaşmayan durumlar nəzərə alınaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılmışdır.

Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik. Bu qərar heç bir fərdi münasibət və ya emosional yanaşma ilə deyil, təşkilatın ümumi mənafeyi və gələcəkdə bu sahədə daha sağlam təşəbbüslərin təşviqinə dəstək məqsədi ilə verilmişdir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, "Gənc qazilər" İctimai Birliyinin sədri Hacı Vəliyevdir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar