Ru
22:28 / 28 May 2025

Araz Musayevin bıçaqlanmasının təfərrüatı məlum olub - VİDEO+YENİLƏNİB

 Araz Musayevin bıçaqlanmasının təfərrüatı məlum olub - VİDEO+YENİLƏNİB
Eye

Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı məlum olub.

“Oxu.az”ın məlumatına görə, Türkiyənin Antalya şəhərində keçirilən İFMA dünya çempionatına Azərbaycandan 14 nəfərlik heyət qatılıb.

Muay Tay Federasiyasının prezidenti Araz Musayev isə heyətə başçılıq edib.

Dünən keçirilən görüşdə Azərbaycan yığma komandasının üzvü yarımfinala yüksəlib. Bu gün günorta saatlarında keçirilən yarışda Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb. Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb küçədə yenidən dalaşmağa başlayıblar.

Hadisə nəticəsində Araz Musayev kürək nahiyəsindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Hazırda Araz Musayevin səhhəti sabit-ağır qiymətləndirilir.

***

Türkiyədə bıçaqlanan Araz Musayev Antalyada Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Bakupost.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən iki nəfər isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

***

Türkiyədə bıçaqlanan Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.


Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, onun vəziyyətini həkimlər ağır qiymətləndirir.


16:40

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Bununla bağlı yayılan videoda A. Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

"k"


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar