Ru
21:19 / 29 May 2025

Neft ucuzlaşdı: manatı bu il hansı təhlükə gözləyir?

Neft ucuzlaşdı: manatı bu il hansı təhlükə gözləyir?
Eye

2025-ci ilin əvvəlindən bəri dünya bazarlarında neft qiymətləri eniş tendensiyası göstərir. May ayının əvvəlindən etibarən “Brent” markalı neftin qiyməti ardıcıl olaraq aşağı düşür və hazırda 66 dollar səviyyəsinə qədər geriləyib.

Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsi hazırlanarkən İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən neftin bir barelinin qiyməti 70 dollar səviyyəsində götürülüb və ÜDM-də 3.5 faiz artım nəzərdə tutulub. Lakin reallıqda neftin aylardır bu proqnoz qiymətinin altında satılması bir sıra suallar doğurur. Bu durum xüsusilə Azərbaycanın valyuta sabitliyi və milli pul vahidi olan manatın məzənnəsinə mümkün təsirləri baxımından narahatlıq yaradıb.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli News24.az-a açıqlamasında bildirib ki, manatın məzənnəsi bazar prinsiplərinə görə deyil, hökumətin qərarları və maliyyə resurslarının imkanları çərçivəsində tənzimlənir:

“2024-cü ildə neftin orta qiyməti 80 dollar civarında olub ki, bu da hökumətin gəlirlərinin sabit qalmasına şərait yaradıb. Ötən il bu sabit gəlirlər sayəsində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarında heç bir azalma baş vermədi. Bu da göstərir ki, hökumət kursu sabit saxlamaq üçün kifayət qədər imkanlara malikdir”.
2025-ci ildə isə, baxmayaraq ki, neftin qiyməti bir qədər ucuzlaşıb və 70 dollar səviyyəsindən aşağı düşüb, iqtisadçı hesab edir ki, manatın sabitliyi üçün hələlik ciddi təhlükə yoxdur:

“Hazırda AMB-nin təxminən 11 milyard dollar valyuta ehtiyatı var. Hətta Dövlət Neft Fondundan əlavə valyuta cəlb edilməsə belə, bu ehtiyatlar manatın sabitliyini qorumağa kifayət edir. Ən azı bu ilin sonuna qədər manatın kursunun ciddi şəkildə dəyişməsi gözlənilmir”.

Akif Nəsirli əlavə edir ki, neftin qiymətində daha kəskin və uzunmüddətli azalma baş versə, məsələn, qiymət 30 dollardan aşağı düşərsə, bu zaman real təhlükə yarana bilər:

“Belə bir vəziyyətdə hökumətin valyuta gəlirləri ciddi şəkildə azalacaq və bu da həm ehtiyatlara təzyiq göstərəcək, həm də manatın sabitliyi sual altına düşə bilər”.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar