Ru
21:31 / 29 May 2025

Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşdü

Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşdü
Eye

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

Bu barədə Bakupost.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin cari vəziyyəti və perspektivləri, qanunvericilik orqanları arasında əlaqələrin əhəmiyyəti, regional təhlükəsizlik məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

C.Bayramov, Senatora postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesi və qarşıda duran maneələr barədə məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar