Ru
22:55 / 30 May 2025

Bakı müdaxilə etdi, müharibənin qarşısını alındı: Dəstəyə ehtiyac var

Bakı müdaxilə etdi, müharibənin qarşısını alındı: Dəstəyə ehtiyac var
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 19-da İsrailə səfər edib. Nazir səfər çərçivəsində israilli həmkarı İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb.

Bunun ardınca mayın 28-də Türkiyə hökumət nümayəndələri Azərbaycana səfər etdi, bu ölkənin milli müdafiə naziri Yaşar Gülər Zakir Həsənovla bir araya gəldi. Təl-Əvivdə aparılan müzakirədən cəmi 9 gün sonra Gülər-Həsənov görüşü xüsusi diqqət çəkdi. Əsasən də Bakıda hər iki ölkə rəsmiləri arasında aparılan müzakirələr və əldə olunan razılaşmalar fonunda xüsusi diqqət çəkdi.

Müdafiə nazirlərinin görüşü Ankara-Təl-Əviv danışıqlarında Bakının vasitəçiliyi fonunda necə dəyərləndirilir?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnaç deyib ki, Bakının Təl-Əvivlə yaxın münasibətləri Türkiyənin son vaxtlar Qəzzada baş verən soyqırımı dayandırmaq istiqamətində atdığı addımlar və Suriya cəbhəsində İsraillə qarşı-qarşıya qalma riski fonunda xüsusi əhəmiyyət kəsb edir:

“İsrail Suriyanın cənubunda druzların yaşadığı Süveyda və Əl-Qüneytra bölgələrinə nəzarəti ələ keçirməyə çalışır. Eyni zamanda, Türkiyənin T4 ərazisində hava bazası yaratmaq təşəbbüsünə qarşı çıxır. Təl-Əvivin artan aqressivliyi hətta Ankara ilə birbaşa müharibə riski yaratmışdı. Əgər belə bir münaqişə baş versəydi, bu, artıq sadəcə regional deyil, qlobal qarşıdurma sayılacaqdı.

husamettin inanc
Hüsamettin İnaç

Azərbaycan bu gərginlik fonunda Türkiyə ilə İsrail arasında vasitəçi rolu oynadı və münasibətlərin yumşalmasında mühüm addımlar atdı. Bakıda iki dəfə Türkiyə və İsrail nümayəndələri arasında qeyri-rəsmi görüşlər keçirilib. Bu danışıqlar müharibənin qarşısının alınmasına töhfə verib. Azərbaycan həm Türkiyənin yaxın dostu, həm də İsraillə yaxşı münasibətlərə malik bir dövlət kimi prosesdə aktiv rol oynayaraq mümkün toqquşmanın qarşısını aldı”.

Politoloq əlavə edib ki, Türkiyənin İsraillə qarşıdurma yaşaması, eyni zamanda ABŞ və Avropa ilə də üz-üzə gəlməsi ilə nəticələnəcəkdi:

“Bu isə ciddi iqtisadi, siyasi və diplomatik problemlərə yol aça bilərdi. Türkiyə öz unitar quruluşunu qorumaqda və PKK/YPG kimi terror qruplaşmalarının ləğvində qətiyyətlidir. Suriyanın parçalanmadan, daxili sabitliklə yenidən qurulmasında İsrailin rolu müəyyən qədər məhdudlaşdırılmalıdır. Bu prosesdə Azərbaycanın dəstəyinə ehtiyac var və bu, strateji baxımdan böyük əhəmiyyət kəsb edir”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar