Ru
23:00 / 30 May 2025

Paşinyan keşişləri ailəsi ilə söydü – Ermənistan qarışdı

Paşinyan keşişləri ailəsi ilə söydü – Ermənistan qarışdı
Eye

Bu gün səhər tezdən Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında keşişin ünvanına ağır təhqir yazıb.

Bakupost.az xəbər verir ki, o, postunda “müqəddəs” adlandırdığı şəxsi dayısının arvadı ilə münasibətinə görə ittiham edib.

“Müqəddəs, get dayının arvadını … (Paşinyan adı ilə yazıb – red.) davam et, sənin mənimlə nə işin var?" – Paşinyan bildirib.

Onun bu açıqlamasını sosial şəbəkədə indiyə qədər 4,6 min insan “qəzəbli” reaksiya versə də, 5 minə yaxın “bəyənib”, “gülüş” dəstəyi verib və s.

Bəziləri Paşinyanın səhifəsinin sındırıldığını düşünsə də, “ümidləri” boşa çıxıb.

Statusa 6 min şərh gəlib və hər şərh də yüzlərlə münasibətlə müşayiət olunub. Həmçinin post 450 dəfə paylaşılıb (Paşinyanın sosial şəbəkə hesabının 1,1 milyon izləyicisi var – red.).

Paşinyanın partiya üzvləri onu dəstəkləyib və keşişlər arasında əxlaqsızlıqla bağlı əllərində fakt olduğunu bildiriblər.

Müxalifət isə kilsədən Paşinyana qarşı “inqilab çağırışı” etməyi istəyir…

Bakupost.az

Şərhlər
  • Hamlet Aramov

    Bu ölkəmiz üçün heç bir ictimai-siyasi, hər hansı digər tarixi *xoruz* münasibəti marağı da vermir. Ancaq, ölkəmizə, dövlətimizə, hər hansı münasibət və vətəndaşımıza qarşı xarici (AŞPA, ATƏT, Fransa və s.) hər hansı adi, təqlid, təsir, yanıldıcı təqdir və təhqir söyüşləri belə olduğu kimi, dəqiq tərcümədə tam (düzəlişsiz) verilməlidir ki, aid-uyğun qurumlar, tarix biliciləri, maraqlı-istedadlı vətəndaşlarımız mükəmməl yetəri mülahizə və dərin izahlar verə, hadisə və xəbər-yorumlarını uzklaşdıra bilsinlər? Məncə, suveren ölkəmizin vətəndaşına tam-olduğu kimi çatdırılmayan həmin kənar münasibətlərdir ki, bəlkə də həmin səbəbdən yetəri mülahizə və faydalı anlaşma, cavaba layiq olmayıb?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar