19:37
Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.
Bakupost xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.
Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.
Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.
***
Minaya düşən şəxs hadisə yerindən təxliyə olunaraq aidiyyəti üzrə təhvil verilib.
O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılır.
Faktla bağlı araşdırma aparılır (APA).
***
Ağdərə rayonunda minaya düşərək xəsarət alan şəxsin ayağı amputasiya ediləcək.
Bərdə Mərkəzi Xəstəxanasından Report-a bildirilib ki, bu gün saat 20:30 radələrində minaya düşmə səbəbilə xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
“Sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”, - deyə məlumatda qeyd olunub.