Ru
20:55 / 30 May 2025

IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
Eye

Aprelin 20-də keçirilmiş IX sinif buraxılış imtahanlarının nəticələri bu gün axşama qədər, yaxud sabah səhər saatlarınadək açıqlanacaq.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "ASAN Radio"nun efirində sualları cavablandırarkən məlumat verib.

Cavabların gec açıqlanmasına münasibət bildirən M.Abbaszadə deyib ki, iştirakçıların sayı kifayət qədər çoxdur:

"Bu imtahanların yoxlama prosesi XI sinif buraxılış imtahanlarının apellyasiya prosesi ilə üst-üstə düşüb. Ekspert markerlərin sayı, təəssüf ki, çox deyil. Biz müəllimləri bizimlə əməkdaşlığa dəvət edirik. Hazırda, təxminən min müəllim var. Arada bayramlar, qeyri-iş günləri də olduğu üçün proses uzun çəkir".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar