Ru
22:11 / 30 May 2025

Naxçıvan televiziyası peyk yayımına başladı

Naxçıvan televiziyası peyk yayımına başladı
Eye

Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri” – “MEDİAFEST-2025” konfransı çərçivəsində Naxçıvan televiziyası "Azerspace-1" peykində (11135 Horizontal 30000) yayıma başlayıb.

Bakupost.az xəbər verir ki, tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən digər qonaqlar iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2024-cü ilin 15 avqust tarixli sərəncamına əsasən Naxçıvan televiziyasına peyk yayımını həyata keçirən platforma yayımçısı lisenziyası verilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar