Ru
22:30 / 29 May 2025

Azərbaycanda bu kanalın rəhbəri vəzifədən getdi

Azərbaycanda bu kanalın rəhbəri vəzifədən getdi
Eye

Qərbi Azərbaycan Televiziyasının rəhbəri Ülviyyə Zülfüqar vəzifəsindən ayrılıb.

Bakupost.az xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında yazıb.

“Bu gün öz istəyimə əsasən, səhhətimlə əlaqədar üç ilə yaxın çalışdığım Qərbi Azərbaycan İcması və Televiziyası ilə yollarımızı ayırdım. İcma mənim üçün fərqli bir təcrübə, çox gözəl bir yol oldu. Qərbi Azərbaycan kimi müqəddəs bir amal yolunda mənim də qatqılarım olduğu üçün qürur duyuram. Bir müddət fəaliyyətimə həm Qərbi Azərbaycan, həm regionda gedən proseslərlə əlaqədar politoloq kimi davam edəcəm. Hər kəsə uğurlar diləyirəm. Efirlərdə görüşənədək”, - Ü.Zülfüqar bildirib.

Konkret.az yazıb ki, onun yerinə artıq təyinat olub və İsmayıl Yaşaroğlu bu vəzifəyə gətirilib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar