Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu iyunun 2-də İstanbulda keçiriləcək.
“Bakupost” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Xatırladaq ki, mayın 16-da da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş baş tutub.