Yaponiya və Çin liderləri Fumio Kişida və Si Cinpin 3 illik fasilədən sonra yenidən bir araya gəliblər.
Bakupost.az xəbər ki, liderlər Tailandda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində bir araya gəliblər.
Görüşdə iki ölkə arasında siyasi problemlərin əsası olan Senkaku adaları məsələsi və bir sıra beynəlxalq mövzular müzakirə olunub.
Görüşdə Kişida, Pekinin Qərbi Çin dənizində yerləşən və Yaponiya tərəfindən idarə olunan Senkaku adaları ətrafında hərbi fəaliyyəti və Tayvana təzyiqindən narahat olduğunu bildirib.
Cinpin isə regional münaqişələrlə bağlı məsələlərdə əvvəllər qəbul edilmiş prinsiplərə və ümumi anlaşmalara riayət etməyin vacibliyini vurğulayıb. O, fikir ayrılıqlarını düzgün idarə etmək üçün siyasi müdriklik nümayiş etdirmək lazım olduğunu da qeyd edib.
Aynur,
Bakupost