Ru
12:55 / 28 Oktyabr 2022

"Yaxın zamanlarda ikinci Azərbaycan dövlətinin şahidi olacağıq" - Sabir Rüstəmxanlı

"Yaxın zamanlarda ikinci Azərbaycan dövlətinin şahidi olacağıq" - Sabir Rüstəmxanlı
Eye

"Ola bilsin ki, ən yaxın zamanlarda biz dünyada iki Azərbaycan dövlətinin varlığı kimi böyük bir xoşbəxtliyin şahidi olacağıq".


Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı deyib.


S.Rüstəmxanlı qeyd edib ki, rəsmi orqanlarımız illər uzunu Güney Azərbaycan üçün kadr hazırlamaq imkanını əldən verib:


"Dəfələrlə yazsaq və desək də, Güneydən gələn bircə nəfər gənci də burda dövlət hesabına oxutdura bilmirik. Ədəbi əlaqələrimizin möhkəmləndirilməsi, milli birliyin inkişafı üçün az iş görülür. Vaxtilə biz türk sözünü dilimizə gətirəndə nizələr üzümüzə tuşlanırdı. Şükür, bu gün Qarabağ savaşı və bölgədə gedən proseslər Türk birliyi yolunun nicat yolu olduğunu təsdiqləyir. Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə ədəbi əlaqələrin möhkəmləndirilməsi zəruridir".



Şərhlər
  • Vətən daşı

    Amma Qum şəhərində necə gənc ailələrimiz orda pulsuz "təhsil" alır .Soruşanda kı siz ailə ilə orda nə iş görürsüz ,hansı sahədə çalışıb ailənizi saxlayirsız susurlar.Təbii ki,onları gələcək ücün fədai etmək ücün saxlayırar.Mən necə vaxtdir ki yaziram Qum təhsilliləri nəzarətə götürülməlidi....

  • t.ədalət

    Şimali Azərbaycan kürdlərin \əlində əsirdir.Cənublu soydaşlarımızın təhsil almasına,yaxud da ikinci Azərbaycan dövlətinin yaranmasında kürdlərin nə marağı ola bilər ki?Bu məsələ də bizim köməyimiz qardaş Türkiyədən başqa heç kim ola bilməz.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar