Ru
11:20 / 23 Sentyabr 2024

Yeni Bakı-Sumqayıt yolu nə vaxt çəkiləcək? - Açıqlama

Yeni Bakı-Sumqayıt yolu nə vaxt çəkiləcək? - Açıqlama
Eye

“Hazırda ən böyük tıxac Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi - "20 Yanvar" metrosu hissəsində olur. Bu yolda günün istənilən saatında tıxac var. Buna görə də Bakı və Sumqayıt arasında alternativ yol çəkilməlidir”.





Bunu Bakupost.az -a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.


O bildirib ki, 2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında öz əksini tapıb. Məlumatlar olsa da, layihə hələ ki ictimai müzakirəyə çıxarılmayıb:

“Bakı-Sumqayıt yolunda tıxac dözülməz olduğundan, bu istiqamətdə nəinki bir, hətta bir neçə alternativ yolun yaradılmasına ehtiyac var. Bu, Bakı-Sumqayıt yolunda nəqliyyat yükünün azalmasına səbəb olar. Vaxtılə Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində Xarici Dairəvi Yolu ilə birləşən 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması müzakirə olunmuşdu. Bu paytaxta alternativ girişi təmin edəcək bir yol olacaqdı. Amma nədənsə hələ ki bu layihədən bir xəbər yoxdur”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar