Ru
13:35 / 30 Mart 2023

Yeni təhlükə: "Koronavirusdan daha öldürücüdür" - İnfeksionist

4897
Ümumdünya Səhiyyə Təşkilatı ölümcül Marburq virusuna qarşı 4 peyvəndin sınaq protokollarının hazır olduğunu açıqlayıb.


Bu virusa daha çox Ekvatorial Qvineya və Tanzaniyada rast gəlindiyi bildirilib.


Pandemiyanın başa çatdığı bir vaxtda yeni təhlükə ilə qarşılaşa bilərik? Bu virusun Azərbaycana daxil olma ehtimalı varmı?




Məsələ ilə bağlı infeksionist Mərdan Əliyev Bakupost.az -a açıqlama verib.


O, virusun təhlükəli olduğunu və peyvənd hazırlanmasının vacibliyini vurğulayıb:


“Marburq koronavirus kimi yeni virus deyil, əvvəldən məlumdur. Afrika ölkələrində daha çox yayılıb. Yayılma sürəti və yoluxmalar azdır. Endemik bir virusdur. Lakin risk səviyyəsi koronavirusdan daha çoxdur. Ona görə də tədbirlər görülür. Təhlükəli xəstəlik olduğu üçün peyvənd barəsində də düşünülür. Bu da endemik ölkələrə səyahət edən şəxslər üçün vacib sayılır”.

M.Əliyev bu virusun Azərbaycana gəlməsi ilə bağlı narahatlıq olmadığını bildirib:


“Koronavirus qədər sürətli yoluxmur. Ona görə də ölkəyə daxil olmaı ilə bağlı ciddi problem yoxdur. Sadəcə olaraq, xaricdən gələn şəxslər müayinə olunmalıdır. Səhv etmirəmsə, bu yoxlanış keçirilir”.


Aynur İbrahim
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər