Ru
18:10 / 29 May 2025

Yollarda çılpaq gəzən qadınları cəza gözləyir

Yollarda çılpaq gəzən qadınları cəza gözləyir
Eye

"Son vaxtlar Rusiyada qadınların avtomobil yollarında çılpaq gəzməsi halları artıb. Əgər qadının hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş verərsə, o, xırda xuliqanlığa görə məsuliyyətə cəlb ediləcək".

Bakupost.az xəbər verir ki, bu barədə “Qazeta”ya Rusiya Federasiyasının fəxri hüquqşünası Leonid Olşanski məlumat verib.

“Əgər qadınlar tamamilə çılpaq şəkildə yola çıxırlarsa,bu, xırda xuliqanlıqdır (RF İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsi). Onların hərəkətləri cəmiyyətə hörmətsizlik nümunəsidir. Fərqi yoxdur, qadın çılpaq şəkildə səkidə rəqs edir, yoxsa yolun ortasında – bu eyni məsuliyyətdir,” – deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, xırda xuliqanlığa görə İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati məsuliyyət – cərimə və ya 15 sutkayadək inzibati həbs nəzərdə tutulur.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar