Ru
22:01 / 07 İyun 2024

Zaqatalada hava kəskin dəyişdi

Zaqatalada hava kəskin dəyişdi
Eye

Zaqatalada hava kəskin dəyişib. Güclü külək əsir, leysan yağır, bəzi ərazilərə dolu düşüb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, axşam saat 19 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində hava şəraiti kəskin dəyişib. Rayon mərkəzinin və ətraf yaşayış məntəqələrinin ərazisində güclü külək əsir, leysan yağır və bəzi ərazilərə qısa müddətli dolu düşüb.

Güclü külək səbəbindən Zaqatala şəhər və bir sıra kəndlərin ərazisində ağaclar aşıb. Dağlıq əraziyə yağan leysan yağışları səbəbindən Tala çayı və rayon daxili bir sıra çaylarda suyun səviyyəsi kəskin artıb.

Rayonun Yuxarı Tala kəndinin bir sıra ərazilərində həyətyanı sahələrinə yağış suları dolub. Hava şəraiti ilə bağlı rayonun 70 faiz ərazisinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar