Ru
17:08 / 11 İyun 2025

Zaxarovadan Ermənistandakı Rusiya hərbi bazası barədə vacib AÇIQLAMA

Zaxarovadan Ermənistandakı Rusiya hərbi bazası barədə vacib AÇIQLAMA
Eye

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bəyan edib ki, Ermənistan tərəfindən ölkə ərazisindən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir siqnal almayıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o Ermənistanın rəsmi şəxslərinin də bu məsələnin gündəlikdə olmadığını təsdiqlədiyini qeyd edib.

“İrəvan başa düşür ki, Rusiyanın hərbi mövcudluğu regionda, həm Ermənistanda, həm də bütün Cənubi Qafqazda təhlükəsizliyin mühüm elementidir. Bazanın yerləşdirilməsi və fəaliyyəti müvafiq ikitərəfli sənədlərlə tənzimlənir”, - deyə Zaxarova bildirib.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar