Ru
13:21 / 22 Mart 2023

Zəlzələ nəticəsində Əfqanıstan və Pakistanda 13 nəfər öldü - Yenilənib

Zəlzələ nəticəsində Əfqanıstan və Pakistanda 13 nəfər öldü -  Yenilənib
Eye

Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində baş verən zəlzələ nəticəsində azı 9 nəfər ölüb.


Zəlzələnin episentrinin qonşu Əfqanıstanda olduğu qeyd edilir. Əfqanıstanın şərqindəki Laqman əyalətində isə iki nəfər ölüb.

Bu barədə Bakupost.az TASS-a istinadən xəbər verir.

Təbii fəlakət nəticəsində daha 44 nəfər xəsarət alıb.

Bundan əvvəl Əfqanıstanda zəlzələdən sonra iki onlarla evin dağıldığı bildirilirdi.


Yeraltı təkanlar Tacikistan, Qazaxıstan və Özbəkistanda hiss olunub..

***

Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin sayı 13 nəfərə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.

Qeyd olunub ki, Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində baş verən zəlzələ nəticəsində azı 9 nəfər ölüb.

Zəlzələnin episentrinin qonşu Əfqanıstanda olduğu qeyd edilir. Əfqanıstanın şərqindəki Laqman əyalətində ölənlərin sayı isə dördə yüksəlib.

Xatırladaq ki, dünən baş vermiş yeraltı təkanlar Tacikistan, Qazaxıstan və Özbəkistanda da hiss olunub.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar