Hansı bank etibarlıdır? - SORĞU
Ru
08:00 / 04 Aprel 2024

Zeytun yağının daha bir faydası ortaya çıxdı - Gündə 1 qaşıq...

3853
Araşdırmalara görə, müntəzəm olaraq zeytun yağından istifadə etmək demansdan ölüm riskini 28 faiz azalda bilər.

Bakupost.az xəbər verir ki, saysız-hesabsız faydaları olan zeytun yağı üzərində yeni bir araşdırma aparılıb.

Araşdırmada, zeytun yağı daha uzun yaşamağınıza kömək edə biləcək "superfood" nümunəsi kimi göstərilib.

Ticarət yağları yerinə zeytun yağı

ABŞ-ın Harvard Universitetində tədqiqatçılar tərəfindən aparılan araşdırma, əhalinin yaşlanması səbəbindən bir çox ölkələrin Alzheimer xəstəliyi və digər demans növləri ilə üzləşdiyini ortaya qoydu.

Tədqiqatçıların fikrincə, marqarin və kommersiya mayonez kimi yağlar yerinə zeytun yağı istifadə etmək demansdan ölüm riskini azalda bilər.

Demansdan ölüm riskini 8-14 faiz azaldır

Demans yaddaşa və digər zehni qabiliyyətlərə gündəlik həyata təsir edəcək dərəcədə təsir edən bir xəstəlikdir. Bu pozğunluqlar beyindəki fiziki dəyişikliklərdən qaynaqlanır və Alzheimer xəstəliyi ən çox yayılmış növüdür.

Qidalanma və demansla əlaqəli ölüm arasındakı əlaqəni araşdırmaq üçün ilk araşdırmada elm adamları 30 il ərzində 90.000-dən çox ABŞ vətəndaşının qidalanma sorğularını və ölüm qeydlərini təhlil etdilər.

Onlardan 4 min 749 nəfərinin demansdan öldüyü qeyd edilib.

Məlum olub ki, hər gün yarım xörək qaşığından çox zeytun yağı qəbul edən insanların demansdan ölmə riski heç vaxt və ya nadir hallarda zeytun yağı içməyənlərə nisbətən 28 faiz daha azdır.

Tədqiqat göstərdi ki, hər gün bir çay qaşığı marqarin və ya mayonezin zeytun yağı ilə dəyişdirilməsi demansdan ölmə riskini 8-14 faiz azaldır.




Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar