Ru
19:53 / 11 May 2024

Zığ şosesində sürət həddi endirildi

1599
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Zığ şosesində aparılan təmirlə bağlı müraciət edib.

NİİM-in mətbuat xidmətindən Bakupost. az -a verilən məlumata görə, Zığ şosesi şəhər istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə NİİM tərəfindən qeyd olunan istiqamətdə (təmir gedən hissəyə yaxın) zolaqda məhdudiyyət tətbiq edilib, iki zolaqda isə sürət həddi 20 və 10 km/saat endirilib. Eyni zamanda məlumat sürət tablosunda "təmir işləri" xəbərdarlıq işarəsi qoyulub. Sürücülərdən hərəkət zaman bu tablolara diqqət yetirmələri və sürət həddinə əməl etmələri xahiş olunur.

Qeyd olunub ki, təmir gedən yolda sürət həddi zolaqlar üzrə müvafiq olaraq 110 və 90 km/saat olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər