2026-cı ilin yanvar ayında Avropa İttifaqı (Aİ) Rusiyadan qaz alımlarını təxminən iki dəfə azaldıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, “Eurostat”ın açıqladığı məlumatlara görə, yanvar ayında Aİ Rusiyadan 948 milyon avroluq qaz alıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 50 faiz azdır.
Qeyd olunub ki, Avropa ölkələri tərəfindən alınan sıxılmış təbii qazın (LNG) dəyəri 554 milyon avro olub. Ən böyük idxalçılar Fransa, Belçika və İspaniya olub – müvafiq xərclər 265, 126 və 105 milyon avro təşkil edib. Hollandiya isə qaza 57 milyon avro xərcləyib.
Ənənəvi kəmərlə qaz tədarükü Aİ-yə 394 milyon avroya başa gəlib. Beləliklə, Aİ-də LNG idxalında Rusiyanın payı 21%, kəmərlə isə 13% olub. Kəmərlə qazda birinci yerdə Norveç (46%), sonra isə Əlcəzair (24%) və Azərbaycan (9%) qərarlaşıb.
Baş nazirin müavini Aleksandr Novak bildirib ki, Rusiya bundan sonra LNG tədarüklərini Çin, Hindistan, Tayland və Filippin kimi ölkələrə yönləndiriləcək. Bu, Avropadakı idxalın azalması ilə əlaqədar alternativ bazarlara yönəlmə strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Cavidz, BakuPost