Ru
21:41 / 23 Aprel 2026

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu
Eye

Azərbaycan BMT-nin “Vasitəçilik nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında Konvensiya”sına qoşulub.


Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin X hesabında paylaşım edilib.

Qeyd olunur ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri üzrə Ofisində sözügedən konvensiyanı ölkə adından imzalayıb.

Məlumata görə, konvensiya 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul olunub və beynəlxalq səviyyədə vasitəçilik yolu ilə əldə edilən razılaşmaların hüquqi çərçivəsini müəyyən edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar