Ru
21:10 / 23 Aprel 2026

Şahın oğlunun üstünə ketçup tökdülər - VİDEO

Şahın oğlunun üstünə ketçup tökdülər -  VİDEO
Eye

İranın sonuncu şahının oğlu Rza Pəhləvi Almaniyanın paytaxtında gözlənilməz hücumla üzləşib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Berlində keçirdiyi mətbuat konfransından çıxan Rza Pəhləvinin üzərinə naməlum şəxs tərəfindən ketçup tökülüb.

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə geniş yayılıb. Məlumata görə, Pəhləvinin mühafizəçiləri dərhal müdaxilə edərək etirazçını saxlayıb və polisə təhvil veriblər.

Xatırladaq ki, özünü mühacirətdəki İran müxalifətinin lideri kimi təqdim edən Pəhləvi martın sonunda verdiyi bəyanatda İranda azadlığın “çox yaxında” olduğunu iddia etmişdi. O, ABŞ-ni İrana qarşı müharibədə “seçilmiş kursu” davam etdirməyə çağırmışdı. Rza Pəhləvi həmçinin rejimin süqutundan sonra İrana rəhbərlik etməyə hazır olduğunu bildirmişdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar